• $
  • £

AKİA payızlıq əkinlər üzrə subsidiya ödənişlərinə başlayıb

AKİA payızlıq əkinlər üzrə subsidiya ödənişlərinə başlayıb
17.02.2026 10:29

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib.

Payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartına ümumilikdə 77 milyon 154 min manat subsidiya köçürülüb.

Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Agentlik bildirib ki, fermerlər kartlarına köçürülmüş vəsaitin 25 %-ni nağd, 75 %-ni isə qeyri-nağd qaydada istifadə edə bilərlər. Qeyri-nağd vəsaitlər mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldilə bilər. Subsidiyalar həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına sərf oluna bilər.

Hazırda payızlıq əkinlərlə bağlı bəyan edilmiş məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərə ödənişlər mərhələli qaydada həyata keçirilir.

AKİA subsidiya ödənişlərinin davam etdiriləcəyini açıqlayıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol