• $
  • £

Bakıda “ayıq sürücü” adı ilə avtomobildən 11 min manat oğurlayan şəxs saxlanılıb

Bakıda “ayıq sürücü” adı ilə avtomobildən 11 min manat oğurlayan şəxs saxlanılıb
18.02.2026 10:15

Paytaxtın Xətai rayonu ərazisində Land Rover istehsalı olan “Range Rover” markalı avtomobildən 11 000 manat oğurlanması faktı üzrə şübhəli bilinən şəxs saxlanılıb.

Polisin keçirdiyi tədbirlər nəticəsində 34 yaşlı R.Quliyev müəyyən olunaraq tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, hadisə vaxtı avtomobil sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasına keçib. Avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Eyni rayon ərazisində keçirilən digər əməliyyat tədbiri nəticəsində bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol