• $
  • £

AQTA Ramazan ayında düzgün qidalanma ilə bağlı məlumat yayıb

AQTA Ramazan ayında düzgün qidalanma ilə bağlı məlumat yayıb
18.02.2026 17:59

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ramazan ayında düzgün qidalanma ilə bağlı tövsiyələr açıqlayıb.

Qurum bu dövrdə su balansının qorunmasını əsas prioritet kimi göstərib. Bildirilib ki, iftarla imsak arasında kifayət qədər su içmək və maye tərkibli qidalara üstünlük vermək susuzlaşmanın qarşısını alır, orucun isə ilıq su ilə açılması daha məqsədəuyğundur.

Agentlik imsakın vacibliyini vurğulayaraq səhər qidalanmasının enerji və su balansını qoruduğunu qeyd edib. Bu zaman yulaf, düyü, bulqur, yumurta və pendir kimi qidalar, həmçinin tərəvəz və meyvələr tövsiyə olunur.

AQTA iftar zamanı qidalanmanın tələsmədən aparılmasını, əvvəlcə su və yüngül qidalar qəbul etməyi, sonra əsas yeməyə keçməyi məsləhət görür. Şorba kimi sulu yeməklərlə başlamaq, çox yağlı və qızardılmış qidalardan uzaq durmaq tövsiyə edilir. Fermentləşdirilmiş süd məhsullarının həzmi yaxşılaşdırdığı da qeyd olunub.

Qurum iftardan sonra qidalanmanı mərhələli şəkildə, kiçik porsiyalarla aparmağı, yüngül fiziki aktivliyi və yuxu rejiminə diqqəti də tövsiyə edir.

Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Cəmiyyət 21:00
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Cəmiyyət 15:15
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol