• $
  • £

Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib

Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib
18.02.2026 18:22

Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib.

Xəbərdarlığda bildirilir ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə müsbət təsir göstərsə də, paralel olaraq kibercinayətkarlıq risklərini də artmaqdadır.Şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, fişinq hücumları, kiberzorakılıq və zərərli proqram təminatlarının yayılması həm fərdlər, həm də dövlət və özəl qurumlar üçün ciddi təhlükə yaradır. Bu baxımdan kibercinayətkarlıqla mübarizə milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaşların hüquqlarının qorunması üçün strateji əhəmiyyət daşıyır.

Qeyd olunur ki, kibercinayətlərin əsas xüsusiyyətlərindən biri onların çox vaxt istifadəçilərin məlumatsızlığı və diqqətsizliyi nəticəsində baş verməsidir. Texniki müdafiə mexanizmləri vacib olsa da, insan faktoru kibertəhlükəsizliyin ən zəif halqası olaraq qalır. Məhz bu səbəbdən kibercinayətkarlıqla mübarizədə maarifləndirici tədbirlər xüsusi rol oynayır.

Maarifləndirmə tədbirləri vətəndaşlarda təhlükəli onlayn davranışların tanınması, şəxsi məlumatların qorunması, şübhəli link və mesajlardan yayınma, güclü parollardan istifadə vərdişlərinin formalaşdırılması kimi bacarıqları inkişaf etdirir. Xüsusilə sosial videoçarxların nümayiş etdirilməsi maarifləndirmənin ən effektiv vasitələrindən biridir. Qısa, anlaşılan və emosional təsir gücünə malik videoçarxlar vətəndaşlarda təhlükə hissini düzgün formalaşdırır, məsuliyyətli rəqəmsal davranışı təşviq edir və kibercinayətkarlıqla mübarizədə dövlət–cəmiyyət əməkdaşlığını gücləndirir.

Sözügedən məsələnin əhəmiyyəti nəzərə alınaraq, Baş Prokurorluq vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə sosial videoçarx təqdim edir. Bu maarifləndirici video sosial şəbəkələrdə düşünülməmiş paylaşımların doğura biləcəyi fəsadlara diqqət çəkmək üçün hazırlanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Cəmiyyət 21:00
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Cəmiyyət 15:15
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol