• $
  • £

Vaşinqton İrana zərbə variantını müzakirə edir – qərar hələ verilməyib

Vaşinqton İrana zərbə variantını müzakirə edir – qərar hələ verilməyib
19.02.2026 09:49

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi zərbələrin vaxtını, o cümlədən bu həftəsonu həyata keçirilməsi ehtimalını müzakirə edib.

CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, çərşənbə günü milli təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmilər Trampa bildiriblər ki, hərbçilər artıq bu şənbə mümkün zərbələrə hazırdır.

Bununla belə, istənilən hərbi addımın vaxtının bu həftəsonundan sonraya qala biləcəyi qeyd olunur. Rəsmilər bildirirlər ki, Tramp hələlik zərbə endirilib-endirilməməsi ilə bağlı yekun qərar qəbul etməyib.

CNN-in həmsöhbətlərindən biri bildirib ki, Tramp qapalı müzakirələrdə həm hərbi əməliyyatların lehinə, həm də əleyhinə fikirlər səsləndirib, eyni zamanda müşavirləri və müttəfiqləri ilə ən uyğun addım barədə məsləhətləşmələr aparıb.

“Bu məsələ üzərində çox düşünür”, – mənbə qeyd edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Dünya 08:53
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Dünya 22:31
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Dünya 22:06
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
Dünya 20:10
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Dünya 18:00
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Dünya 14:40
Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Dünya 12:32
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Türkiyənin neft tankeri dronla vurulub
Dünya 09:50
Türkiyənin neft tankeri dronla vurulub
Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır
Dünya 08:58
Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol