Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən ən çox top qazanan üçüncü futbolçu olub.
“Report”un məlumatına görə, 32 yaşlı kolumbiyalı müdafiəçi Liqanın əsas mərhələsində 68 dəfə top qazanıb.
Siyahıya İspaniyanın Athletic Club klubunun futbolçusu Aitor Paredes (77) başçılıq edir. İkinci pillədə isə İtaliyanın Atalanta BC komandasının müdafiəçisi Odilon Kossounou (73) qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İngiltərənin Newcastle United F.C. klubuna 1:6 hesabı ilə məğlub olub.
Son xəbərlər
Daha çox