• $
  • £

TƏBİB niyə Oqtay Gülalıyevi stasionar reabilitasiyadan keçirmir?

TƏBİB niyə Oqtay Gülalıyevi stasionar reabilitasiyadan keçirmir?
19.02.2026 12:40

Hüquq müdafiəçisi Oqtay Gülalıyev TƏBİB tabeliyində olan müəssisələrdə stasionar reabilitasiyadan keçə bilmir.  Bu barədə bir qrup hüquq müdafiəçiləri Anews.az-a bildiriblər.

Onların sözlərinə görə,  2019-cu ildən yol-nəqliyyat hadisəsindən sonra komada olan  Oktay Güləliyev üçün stasionar reabilitasiyanın təşkil olunması xahişi ilə TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) müraciət ediblər.

Lakin hüquq müdafiəçilərinin müraciətinə reaksiya verilmir.
 
Müraciətdə bildirilir ki, qəza nəticəsində Güləliyev ağır daxili beyin qanaxması alıb və 2020-ci ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə ev şəraitində həyati əhəmiyyətli müalicə alır.

Mövcud qaydalara əsasən, gündüz saatlarında xəstəyə tibb bacısı və texniki işçi ayrılır, həmçinin zəruri dərman və tibbi ləvazimatların bir hissəsi təmin olunur.

Hüquq müdafiəçiləri bildiriblər ki, bu yardım son dərəcə ağır şəraitdə Güləliyevin həyatının qorunması baxımından həlledici əhəmiyyət daşıyıb.

Müraciətdə qeyd olunur ki, son beş il ərzində Güləliyev stasionar şəraitdə tam reabilitasiya kursu keçməyib. Vəziyyətinin uzunmüddətli və mürəkkəb xarakter daşıdığını nəzərə alaraq, stasionar reabilitasiyanın olmaması sağlamlıq vəziyyətinin stabilləşdirilməsi, ağırlaşmaların qarşısının alınması və lazımi tibbi qulluğun göstərilməsi imkanlarını məhdudlaşdırır.

Hüquq müdafiəçilər TƏBİB-i Güləliyevin Bakıda fəaliyyət göstərən ixtisaslaşmış reabilitasiya klinikalarından birinə köçürülməsinə yardım göstərməyə çağırıb və bu addımı həm tibbi zərurət, həm də humanitar borc kimi qiymətləndirib.

Müraciətin müəlliflərinin sözlərinə görə, TƏBİB sorğuya baxılacağını və tədbirlər görüləcəyini bildirib, lakin artıq bir aydan çox keçməsinə baxmayaraq, hər hansı cavab verilməyib.

Hüquq müdafiəçiləri bildiriblər ki, bu, ilk belə müraciət deyil. Keçən ilin oktyabrın əvvəlində onlar TƏBİB-in diqqətini Güləliyev üçün dərman və tibbi ləvazimatların çatışmazlığına yönəldiblər. Qurumun tədbir görəcəyi ilə bağlı vədindən sonra qısa müddətli yaxşılaşma müşahidə edilsə də, ailə üzvləri son iki ayda vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini deyirlər.

Məsələ ilə bağlı anews.az TƏBİB-ə sorğu ünvanlasa da, qurumdan cavab verilməyib.

Oqtay Gülalıyev 2019-cu ilin oktyabrında Bakıda avtomobil qəzası nəticəsində ağır xəsarət alıb və beyin qanaxması səbəbindən komaya düşüb.

Hadisədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə alıb,  əməliyyat və uzunmüddətli reabilitasiya prosesinə ehtiyac yaranıb.

2020-ci ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə Gülalıyev ev şəraitində müalicə olunur.

Gülalıyev hüquq müdafiəsi fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən də tanınıb.

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Cəmiyyət 15:15
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 14:11
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol