• $
  • £

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib, İlham Əliyev iclasda iştirak edib - Yenilənib

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib, İlham Əliyev iclasda iştirak edib - Yenilənib
20.02.2026 00:23

Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib,daha sonra ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış edib.

Prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp iki çox vacib ölkə arasında sülh əldə etdiyini və bunu heç vaxt unutmayacağını vurğulayıb.ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək deyib: "Bilirsiniz, müharibə edəndə onun xərcləri sülhün dəyərindən 100 qat artıq olur. Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Otuz il mübarizədən sonra bu, aydın oldu, elə deyilmi? Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz və yeni dostunuz, ofisimə gəldiniz və dediniz, mən 22 il mübarizə aparmışam. Siz 23 ildir ki, fəaliyyətdəsiniz, eləmi? Lakin 22 il mübarizə aparmışam. Bax, onunla. Onun həmkarı isə dedi: "Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam". Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birilərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il... Sağ olun, çox sağ olun".

Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib.

İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalanıb.

***

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
Siyasət 00:03
İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Siyasət 22:27
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Siyasət 22:03
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış ediblər - Yenilənib
Siyasət 20:28
Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış ediblər - Yenilənib
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəlib
Siyasət 19:01
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəlib
Antonio Kosta: Aİ Azərbaycanın Naxçıvana hücumu qətiyyətlə pisləyir
Siyasət 17:38
Antonio Kosta: Aİ Azərbaycanın Naxçıvana hücumu qətiyyətlə pisləyir
Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti
Siyasət 17:35
Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti
Jean Baderschneider: Azərbaycan təhlükəsiz tranzit məkanı və qlobal dialoq üçün vacib platformadır
Siyasət 16:50
Jean Baderschneider: Azərbaycan təhlükəsiz tranzit məkanı və qlobal dialoq üçün vacib platformadır
BMT rəsmisi: Hazırda dünyada 100-ə yaxın silahlı münaqişə var
Siyasət 16:38
BMT rəsmisi: Hazırda dünyada 100-ə yaxın silahlı münaqişə var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol