• $
  • £

Üzərliklə bağlı daha bir - Xəbərdarlıq

Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
19.02.2026 18:42

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran və özü ilə üzərlik aparan Azərbaycan vətəndaşlarına müraciət edib.Bu barədə Anews.az AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Müraciətdə qeyd olunub ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) uyğun olaraq bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər

Şirkət vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib.

AZAL, həmçinin sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.

Bu maddə Rusiyanın sərhədindən narkotik vasitələrin və oxşar maddələrin qanunsuz keçirilməsinə görə üç ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cəza maddənin miqdarından (külli və ya xüsusilə külli miqdar), mütəşəkkil dəstənin və ya vəzifəli şəxsin iştirakı kimi hallardan asılı olaraq ağırlaşır və əlavə olaraq bir milyon rubladək cərimə tətbiq oluna bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Cəmiyyət 15:15
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 14:11
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol