• $
  • £

Deputat: rəhbər dəyişiklikləri institutların sabitliyini pozmamalıdır

Deputat: rəhbər dəyişiklikləri institutların sabitliyini pozmamalıdır
20.02.2026 11:06

Rəhbər dəyişiklikləri idarəetmənin təbii hissəsi olsa da, qurumda dərhal kütləvi kadr dəyişikliyi aparılmamalıdır. Bunu deputat Müşfiq Cəfərov Milli Məclisin fevralın 20-də keçirilən iclasında deyib. 

Cəfərov qeyd edib ki, yeni rəhbər mövcud mexanizmin icraçısı kimi fəaliyyət göstərməli, təsdiq olunmuş fəaliyyət planı, strateji xətt və institusional struktur şəxsi yanaşmalardan asılı olaraq köklü şəkildə dəyişdirilməməlidir.

Deputat əlavə edib ki, yüksək nəticə göstərən və peşəkar kadrların yalnız fərdi baxış səbəbilə dəyişdirilməsi institutların sabitliyinə zərər verir. O vurğulayıb ki, dövlət idarəçiliyi şəxslər üzərində deyil, sistem üzərində qurulmalı, rəhbər dəyişikliyi menecer dəyişikliyi kimi qəbul olunmalıdır.

Cəfərov yeni yaradılan monitorinq agentliyinin rolunu xüsusi əhəmiyyətli hesab edərək bildirib ki, struktur sabitliyi, kadr qərarlarının əsaslandırılması və edilən dəyişikliklərin məqsədəuyğunluğu da qiymətləndirilməlidir. Şəxsi yanaşmalar yox, obyektiv göstəricilər və dövlət maraqları əsas götürülməlidir.

O inanır ki, bu yanaşma dövlət idarəçiliyində sabitliyi, peşəkarlığı və uzunmüddətli effektivliyi gücləndirəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol