• $
  • £

Milli Məclis Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sını ratifikasiya edib

Milli Məclis Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sını ratifikasiya edib
20.02.2026 11:53

Azərbaycan Milli Məclisi Avropa Şurasının 2015-ci il tarixli “İnsan orqanlarının alverinə qarşı Konvensiya” sənədini ratifikasiya edib. Konvensiya insan orqanlarının alverinin qarşısının alınması, qurbanların hüquqlarının qorunması və milli-beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Sənəddə qanunsuz götürülmüş orqanların hazırlanması, saxlanması, daşınması, ötürülməsi və idxalı-ixracı, həmçinin donor və resipientin qanunsuz cəlbi ilə bağlı cinayət məsuliyyəti müəyyən edilib. Eyni zamanda, köməklik, təhrikçilik və cəhd halları da əhatə olunur.

Konvensiyada həmçinin cinayətlərin istintaqı, qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət nəticəsində əldə olunmuş gəlirlərin müsadirəsi, zərərçəkmişlərin və şahidlərin müdafiəsi ilə bağlı müddəalar yer alıb.

Qanun layihəsinə əsasən, Konvensiyanın müddəaları Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər tətbiq edilməyəcək.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Cəmiyyət 21:00
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Cəmiyyət 15:15
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol