• $
  • £

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi
20.02.2026 16:06

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı R. Gülaliyeva həbs edilib. Bu barədə  DİN-dən məlumat verilib.

Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.

R.Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İstintaqla, həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.

Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R.Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Cəmiyyət 21:00
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Cəmiyyət 15:15
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol