• $
  • £

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam
23.02.2026 11:32

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sənəddə deyilir:

"2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir.

Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi AMEA və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:53
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Cəmiyyət 21:32
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Cəmiyyət 20:59
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Xətai rayonunda yanğın baş verib
Cəmiyyət 19:30
Xətai rayonunda yanğın baş verib
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Cəmiyyət 19:18
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol