• $
  • £

Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib


Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib
24.02.2026 13:44

Energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.

Görüşdə birgə layihələrin, o cümlədən “Xudafərin”, “Qız Qalası” və “Ordubad” su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kreditaksiyası keçirir
İqtisadiyyat 12:50
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kreditaksiyası keçirir
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
İqtisadiyyat 12:47
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
"Bitcoin"in qiyməti bahalaşıb
İqtisadiyyat 10:02
"Bitcoin"in qiyməti bahalaşıb
Qızılın qiyməti rekord həddə çatıb
İqtisadiyyat 09:56
Qızılın qiyməti rekord həddə çatıb
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
İqtisadiyyat 09:54
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:41
"Brent" neft bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:18
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
İqtisadiyyat 14:33
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
İqtisadiyyat 10:59
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol