• $
  • £

"A-dan Z-yə internet: Media üçün praktik təlim" keçirilib

"A-dan Z-yə internet: Media üçün praktik təlim" keçirilib
25.02.2026 17:16

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə "A-dan Z-yə internet: Media üçün praktik təlim" təşkil olunub. Bu barədə MEDİA məlumat yayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya və rəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bildirilib ki, 2020-ci ilin sonunda ölkə üzrə medianın yükləmə sürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 90 Mbit/s-ə yüksəlib. Bu artım son illərdə internet infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov çıxışında telekommunikasiya sahəsində aparılan islahatların əsas prioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsi olduğunu vurğulayıb. O bildirib ki, dayanıqlı infrastrukturun formalaşdırılması, şəffaf bazar mühitinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sədr qeyd edib ki, jurnalistlər üçün təşkil olunan təlimin əsas məqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün və obyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışların sadə və dəqiq formada izahını təşviq etməkdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafının əhəmiyyətini vurğulayaraq bildirib ki, ixtisaslaşmış və peşəkar yanaşma media məzmununun keyfiyyətini artırır və cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasir texnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərin peşəkar inkişafında mühüm rol oynayır.

Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri, sürət və keyfiyyət anlayışları, Wi-Fi texnologiyaları, modem və digər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internet problemlərinin düzgün diaqnostikası ilə bağlı praktik və tətbiqyönümlü məlumatlar təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Cəmiyyət 11:14
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Cəmiyyət 11:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol