• $
  • £

Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi70% tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi70% tamamlanıb
27.02.2026 12:27

Zəngəzur dəhlizinə aparan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85%, tikintisi isə 70% həcmdə tamamlanıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

"Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq", - məlumatda qeyd olunur.

Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1071 metr təşkil edir. İnşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.
 
Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur.
 
Qazma işləri qazma-partlatma üsulu ilə aparılır.Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Cəmiyyət 11:14
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Cəmiyyət 11:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Cəmiyyət 10:54
Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:48
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Saatlıda mübahisə qanla bitib
Cəmiyyət 23:09
Saatlıda mübahisə qanla bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol