Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
İlham Əliyev diplomatik korpusda yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Cavidan Rizvan oğlu Hüseynov Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bu təyinata qədər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu vəzifəsində çalışıb.
Dövlət başçısının digər sərəncamı ilə Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Eyni zamanda, daha bir sərəncama əsasən, Kamran Vahid oğlu Məmmədzadə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu təyin edilib.
Digər sənədlə Cavidan Rizvan oğlu Hüseynov Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.