Britaniya diplomatlarını İrandan təxliyə edib
Böyük Britaniya hökuməti bu gün İrandakı diplomatik heyətini müvəqqəti olaraq təhlükəsizlik səbəbindən təxliyə etdiyini açıqlayıb. Bu barədə “Sky News” telekanalı Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Rəsmi məlumata görə, qərar regional təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar qəbul edilib və Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Təxliyənin müvəqqəti xarakter daşıdığı bildirilib.