Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Nizami rayonunda yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb.
Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahovu saxlayıb.
Faktla bağlı araşdırma aparılır.