• $
  • £

Xınalıqda qarın hündürlüyü 34 sm-ə çatıb - Faktiki hava

Xınalıqda qarın hündürlüyü 34 sm-ə çatıb - Faktiki hava
28.02.2026 12:30

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə qar yağır. Qarın hündürlüyü Xınalıqda 34, Qrızda 31, Şahdağda 26, Xaltan, Qusarda 25, Əlibəydə (Zaqatala) 22, Yardımlıda 19, Kəlbəcər, Qubada 17, Lerik, Kişçayda (Şəki) 16, Masallıda 14, Laçın, Qubadlıda 12, Xızıda 10, İsmayıllıda 7, Qobustan, Oğuzda 6, Şuşa, Sarıbaşda (Qax) 5, Gədəbəy, Qəbələdə 3, Daşkəsəndə 1 sm-dir.

Düşən yağıntının miqdarı Tərtərdə 37, Naftalanda 29, Balakən, Ağdamda 24, Şahbuz, Lənkəran, Astarada 15, Ağsu, Ordubad, Goranboyda 13, Bərdə, Zərdabda 12, Göyçayda 11, Sədərək, Culfa, Sabirabad, Şamaxı, Beylaqan, Kürdəmir, Şərur, Cəlilabad, Ağstafa, Xaçmaz, İmişli, Yevlax, Salyan, Mingəçevir, Naxçıvan, Biləsuvar, Gəncə, Neftçala, Şabran, Ceyrançöl, Şəmkir, Xankəndi, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.

Bir sıra ərazilərdə şərq küləyi əsir. Küləyin maksimal sürəti Goranboyda 27, Gəncədə 24, Hacıqabulda 23, Naftalan, Şəmkir, Neftçala, Tovuz, Qobustanda 20, Salyan, Göygöldə 19, Biləsuvar, Ağstafa, Şamaxıda 16, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Göygöl, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Cəmiyyət 11:14
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Cəmiyyət 11:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Cəmiyyət 10:54
Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:48
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Saatlıda mübahisə qanla bitib
Cəmiyyət 23:09
Saatlıda mübahisə qanla bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol