Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş edib
Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Flydubai" aviaşirkətinə məxsus Kazan–Dubay və Moskva–Dubay marşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət ediblər.Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Kazan–Dubay reysi yerli vaxtla saat 11:25-də, Moskva–Dubay reysi isə saat 11:43-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə eniş edib.
Hər iki halda sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi tam təmin olunub, eniş və sonrakı əməliyyat prosesləri mövcud beynəlxalq aviasiya standartlarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.