• $
  • £

Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb

Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
02.03.2026 17:21

Yaxın Şərqdə tətbiq olunan müvəqqəti hava məkanı məhdudiyyətləri nəticəsində bir sıra qlobal aviadaşıyıcılar marşrutlarını yenidən planlaşdıraraq Azərbaycan üzərindən uçuş tezliyini artırıb. Bu barədə  xəbər Report tərəfindən yayımlanıb.

Son bir neçə gün ərzində ölkə üzərindən 150-dən çox əlavə tranzit uçuş həyata keçirilib.

Hazırda Azərbaycanın hava məkanı 200-dən artıq beynəlxalq aviadaşıyıcı tərəfindən mütəmadi istifadə olunur. Onların təxminən 30-u uçuş marşrutlarını yenidən konfiqurasiya edərək Azərbaycan hava məkanına üstünlük verib; bu sırada Air France, British Airways, Lufthansa, Turkish Airlines və digər beynəlxalq aviadaşıyıcılar var.

Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsi (AZANS) beynəlxalq standartlara uyğun olaraq hava hərəkətinin təhlükəsiz və səmərəli təşkili, ATM texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya üzrə fəaliyyətini davam etdirir. Ölkə, Avropa–Asiya və Şimal–Cənub nəqliyyat axınlarının kəsişməsində regional və qitələrarası uçuşlar üçün etibarlı hava körpüsü funksiyasını yerinə yetirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Cəmiyyət 11:14
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Cəmiyyət 11:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Cəmiyyət 10:54
Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:48
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Saatlıda mübahisə qanla bitib
Cəmiyyət 23:09
Saatlıda mübahisə qanla bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol