Dubay hava limanları uçuşları qismən bərpa edib
Dubay hava limanları regionda davam edən gərginlik fonunda uçuşların qismən bərpa olunduğunu elan edib.
"Dubai Airports" aviaşirkətinin operatoru artıq axşam saatlarından etibarən reyslərin qismən bərpa olunduğunu bildirib. Söhbət "Dubai International Airport" (DXB) və "Al Maktoum International Airport" (DWC) hava limanlarından həyata keçirilən az sayda reyslərdən gedir.
Sərnişinlərə aviaşirkət tərəfindən uçuş vaxtı təsdiqlənmədən hava limanlarına getməmələri tövsiyə olunub.
Dubayda yerləşən "Emirates" aviaşirkəti bildirib ki, yerləşdirilmə prosesində əvvəlcədən rezervasiya etmiş sərnişinlərə üstünlük verilir.