Bu gün od çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir.
Od çərşənbəsi istiliyi, günəşi və qədim inanclara görə, təbiətin oyanışını simvolizə edir. Od insanları pis ruhlardan və xəstəliklərdən qoruyan müqəddəs bir qüvvə hesab olunur.
Bu axşam həyətlərdə tonqallar qalanır. İnsanlar "ağırlığım-uğurluğum odun üstünə" deyərək tonqalın üzərindən atılırlar ki, bu da ötən ilin çətinliklərindən təmizlənmək mənasına gəlir.
Süfrələrə mütləq şirniyyatlar (şəkərbura, paxlava) və çərəzlər düzülür, ailə üzvləri bir yerə toplaşır.
Son xəbərlər
Daha çox