Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan idmanının bir neçə əsas problemi mövcuddur. Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
"Dünyanın bir çox ölkələrində idmana sponsorluq edən şirkətlər qanunvericiliklə qorunurlar, onlara güzəştlər var. Bizdə bu mümkün olmadıqca bu proses qəliz məsələ kimi qalacaq. Bu məsələni Milli Məclisdə qaldırmaq lazımdır. Bütün dünyada bu təcrübə var və bu qanunvericilikdə həll olunmalıdır", - o vurğulayıb.
O əlavə edib ki, təhsildə idman məsələsi də prioritet olmalıdır.
"Dünyanın böyük ölkələrində idman əsasən universitetlərdə inkişaf edir. Bizdə təhsil haqqında qanunda idman haqqında heç bir fənn yoxdur. İdman məktəb və universitetlərdə əsas fənn olmalıdır. Həftədə 2 dəfə idman dərsi azdır. Orta məktəblərdə idman dərsi demək olar ki, keçirlmir", - vitse prezident əlavə edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox