• $
  • £

GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi

GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi
05.03.2026 17:03

GUAM-ın Daimi Beynəlxalq Katibliyi İranın döyüş dronlarının Azərbaycan ərazisindəki mülki infrastruktura və obyektlərə nizamsız hücumlarını qətiyyətlə pisləyib.

Bu barədə katibliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Biz Azərbaycan Respublikasının xalqına və hakimiyyətinə rəğbətimizi və həmrəyliyimizi ifadə edirik. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik və GUAM-a üzv dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən təhdid və çağırışlara qarşı durmaqda vahidik", - məlumatda bildirilib.

Martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol