• $
  • £

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
06.03.2026 15:34

 

 

İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar”adlı forum keçirilib. Rəqəmsallaşma ilə yanaşı, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulması istiqamətində həyata keçiriləcək layihələrin müzakirə olunduğu forumda vergi rekordçuları da elan olunub. Nəticədə ölkənin birinci bankı Kapital Bank Dövlət Vergi Xidməti tərəfindən növbəti dəfə “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan olunub. Bu nailiyyət bankın regionda maliyyə şəffaflığı, hesabatlılıq və dayanıqlı iqtisadi inkişafın əsas simalarından biri kimi mövqeyini daha da gücləndirib.

Qeyd edək ki, bu mükafat Azərbaycanın şəffaf və data-əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə innovativ və texnologiya yönümlü yanaşmasını tamamlayır.

Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü göstəricisi adlandırıb. “Azərbaycan rəqəmsal və data-əsaslı iqtisadiyyata keçidin sürətləndiyi bir dövrdə Kapital Bank olaraq bu transformasiyanın ön sıralarında olmaqdan qürur duyuruq”. 

Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol