• $
  • £

BP rəsmisi: Azərbaycanın dünya səviyyəli enerji mərkəzinə çevrilmək üçün böyük potensialı var

BP rəsmisi: Azərbaycanın dünya səviyyəli enerji mərkəzinə çevrilmək üçün böyük potensialı var
06.03.2026 18:34

Azərbaycanın qlobal enerji mərkəzinə çevrilməsi üçün bütün zəruri imkanları mövcuddur. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bildirib.

O, media üçün keçirilən brifinqdə qeyd edib ki, ölkədə yüksək peşəkarlığa malik mühəndis kadrları formalaşıb və bu, enerji layihələrinin uğurla həyata keçirilməsində mühüm rol oynayır.

Kristofolinin sözlərinə görə, Azərbaycanın qurduğu müasir enerji infrastrukturu Xəzər dənizindəki yataqları beynəlxalq bazarlarla birləşdirir və bu sistem region üçün strateji əhəmiyyət daşıyır.

“Azərbaycanda elə bir biznes mühiti mövcuddur ki, bu, daha çox investorun ölkəyə cəlb olunmasına imkan yaradır”, –  BP rəsmisi bildirib.

O əlavə edib ki, Azərbaycanın zəngin neft və qaz ehtiyatları da ölkənin qlobal enerji bazarında mövqeyini daha da gücləndirir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol