• $
  • £

Məsud Pezeşkian İlham Əliyevə zəng edib

Məsud Pezeşkian İlham Əliyevə zəng edib
08.03.2026 23:49

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Pezeşkian dövlət başçısının İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei və bir sıra mülki şəxslərin həlak olması ilə əlaqədar Tehranın Bakıdakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardım göstərmək niyyətinə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyib və hadisənin araşdırılacağını qeyd edib.

Əliyev isə İranda baş vermiş son hadisələr nəticəsində çoxsaylı mülki şəxslərin həlak olması ilə bağlı başsağlığını bir daha çatdırıb və Naxçıvanda baş vermiş insidentin araşdırılmasının vacibliyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları iki ölkə arasında müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı müzakirə aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Siyasət 11:27
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır
Siyasət 11:04
Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Litvanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 09:40
Litvanın Baş naziri Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol