• $
  • £

Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib

Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
09.03.2026 20:50

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb.Bu barədə Türkiyə XİN məlumat yayıb.

Danışıqlar zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə edilib, eləcə də, bölgədəki gərginliyi azalda biləcək addımlar haqqında fikir mübadiləsi apaılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
 
Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib. 

Nazir Ceyhun Bayramov bu gün Türkiyənin ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb. 

Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
 
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
Siyasət 08:47
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Siyasət 08:44
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 22:58
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Siyasət 19:52
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Siyasət 15:09
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol