• $
  • £

Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA

Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
10.03.2026 15:15

2026-cı ilin martın 2-9-dək azad olunan ərazilərdə 15 tank əleyhinə mina, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən 1 191,2 hektar ərazi minalardan təmizlənib.

2025-ci il ərzində Qarabağda 1 861 tank əleyhinə mina, 4 963 piyada əleyhinə mina və 52 392 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Hesabat ilində  69 205,7 hektar ərazi minalardan təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda dörd otaqlı ev yanıb
Cəmiyyət 23:37
Salyanda dörd otaqlı ev yanıb
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Cəmiyyət 21:33
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Cəmiyyət 21:19
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Cəmiyyət 20:10
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Cəmiyyət 17:53
Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol