İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
9 mart tarixində İsrailə edilən raket hücumu nəticəsində həlak olan Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Məlumata görə, hadisə İsrailin Yehud şəhərində yerləşən tikinti sahəsində baş verib.
Bildirilib ki, Amid Murtuzov Petax Tikva şəhərinin sakini olub. O, ailəsi ilə birlikdə uzun illər əvvəl İsrailə miqrasiya edib və həmin ölkədə yaşayıb.
Səfirlik mərhumun yaxınlarına başsağlığı verib.
Son xəbərlər
Daha çox