• $
  • £

Azər Qasımlıya 12 il həbs cəzası verilib


Azər Qasımlıya 12 il həbs cəzası verilib
11.03.2026 16:33

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. 

Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb.


Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.


Bundan başqa, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Bu məktəbə lisey statusu verilib
Cəmiyyət 14:47
Bu məktəbə lisey statusu verilib

Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım göndərib
Cəmiyyət 14:09
Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım göndərib
Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın
Cəmiyyət 13:18
Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
Cəmiyyət 12:58
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
Nə üçün sitrus meyvələri hələ də Avropa bazarlarına çıxmır? - Deputat
Cəmiyyət 12:55
Nə üçün sitrus meyvələri hələ də Avropa bazarlarına çıxmır? - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol