• $
  • £

Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti

Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti
11.03.2026 17:35

Hörmüz boğazının mümkün blokadası qlobal iqtisadiyyat üçün ciddi risklər yarada və həm inflyasiyaya, həm də potensial resessiyaya səbəb ola bilər. Bu barədə Bakıda keçirilən mətbuat konfransında çıxış edən Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı dünya üzrə neft axınında son dərəcə mərkəzi əhəmiyyətə malikdir.

 Dünyada istehlak olunan neftin 20 faizdən çoxu məhz bu marşrut vasitəsilə daşınır.

Serageldin qeyd edib ki, istənilən formada blokada — istər raket hücumları, istər dəniz minaları, istərsə də digər vasitələrlə — bu nəqliyyatı məhdudlaşdırır və artıq təkcə yaranmış qeyri-müəyyənlik belə neft bazarına ciddi təsir göstərib.

“Bir neçə həftə əvvəl bir barel neftin qiyməti təxminən 60 dollar idi, hazırda isə 100 dolları keçib”, – o deyib.

Ekspertin fikrincə, blokada tam və uzunmüddətli olarsa, bunun nəticələri daha ciddi ola bilər.

“İqtisadçı kimi deyə bilərəm ki, bunun təsiri yalnız inflyasiya ilə məhdudlaşmaya bilər. Eyni zamanda qlobal resessiya riski də yarana bilər, çünki dünyanın bir çox yerlərində istehsalın davam etmə qabiliyyəti zəifləyə bilər”, – Serageldin bildirib.

O vurğulayıb ki, neft qlobal əmtəə olduğuna görə Körfəz regionunda baş verən hadisələr bütün dünya iqtisadiyyatına təsir göstərir.

Serageldinin sözlərinə görə, enerji qiymətlərinin artması digər sahələrə də zəncirvari təsir göstərir.

 Bu, xüsusilə gübrə istehsalına və nəticədə ərzaq təhlükəsizliyinə təsir edə bilər.

Bundan əlavə, dizel, aviasiya və təyyarə yanacağı kimi müxtəlif yanacaq növlərinin əlçatanlığı da azalır ki, bu da dünya iqtisadiyyatının müxtəlif sektorlarında əlavə təzyiq yaradır.

Serageldin qeyd edib ki, müxtəlif ölkələr bu təsirlərdən fərqli dərəcədə zərər görəcək, lakin mövcud vəziyyətin sadəcə regional münaqişə kimi qiymətləndirilməsi düzgün olmaz.

“Bu, qlobal nəticələri olan bir vəziyyətdir və həm yaxın, həm də uzaq ölkələr bundan təsirlənəcək”, – o bildirib.

Ekspert münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyini vurğulayıb.

“Hamımız ümid etməliyik ki, bu münaqişə mümkün qədər tez başa çatacaq.  Müharibələr insanlar üçün fəlakətlidir və daha yaxşı həyat qurmaq üçün iqtisadiyyatlar vasitəsilə yaratdığımız imkanları da məhv edir”, – Serageldin əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
Siyasət 08:47
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Siyasət 08:44
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 22:58
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Siyasət 19:52
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Siyasət 15:09
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol