Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
Türk Hava Yolları İstanbul–İrəvan–İstanbul marşrutu üzrə uçuşlara başlayıb.Bu barədə “Zvartnots” beynəlxalq aeroportunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər hər gün həyata keçiriləcək.Mayın 14-dən reyslərin sayının həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılması planlaşdırılır.