Bu il Qarabağda 65 min hektar ərazi minadan təmizlənəcək
2026-cı ildə Qarabağda 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bunu baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ildə 69,2 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə isə 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 249 min hektara yaxın sahə minalardan təmizlənib.
Baş nazir qeyd edib ki, bu müddət ərzində 237 min ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Gülnar Nazimqızı