Deputat baş nazirdən xahiş edib ki, Lerikdə idman kompleksinin tikilməsinə vəsait ayırsın
Lerikdə 3 Ailə Sağlamlıq Mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən yalnız 2-si yeni tikilib. Bunu Milli Məclisin deputatı Vasiq Qafarov deyib.
Deputat bildirib ki, digər binalar isə istismar müddəti başa çatmış, qəzalı vəziyyətdədirlər.
Oxşar vəziyyət Astara rayonunun Kakalos kənd tibb məntəqəsində də mövcuddur.
Qafarov həmçinin vurğulayıb ki, Lerikdə idman kompleksi yoxdur və şəhər stadionu istifadəyə yararsız vəziyyətdədir. Bu məsələlər vətəndaşların qəbul zamanı mütəmadi olaraq diqqətə çatdırdığı problemlər sırasındadır.
Deputat baş nazir Əli Əsədovdan növbəti illərin investisiya proqramlarında bu məsələlərin nəzərə alınmasını xahiş edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox