• $
  • £

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
13.03.2026 20:30

Səbail rayonunda 203 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, həmin məktəbdə təhsil alan iki doqquzuncu sinif şagirdi arasında təhsil ocağının yeməkxanasında mübahisə yaranıb.

Mübahisə zamanı şagirdlərdən biri digər həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralanan şagird aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.0

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, martın 13-də saat 10:25 radələrində Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə tənəffüs zamanı doqquzuncu sinif şagirdlərindən biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə dərhal tibbi yardım göstərilib, təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib. Fakt aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

TƏBİB-dən isə bildirilib ki, yaralı məktəbli Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Pasiyentə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol