Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.
İdarədən bildirilib ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, eləcə də ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini xeyli artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.
Qurum xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərə mütəmadi fasilələr verməyi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlamağı və yol şəraitinə uyğun hərəkət etməyi tövsiyə edib.
Son xəbərlər
Daha çox