• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib

Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
16.03.2026 08:52

Azərbaycanda 2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 10,785 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 961,7 milyon manat və ya 9,8% artım deməkdir. 

Bu dövrdə müsabiqə əsasında keçirilən satınalmaların həcmi 4,897 milyard manat olub. Bu göstərici illik müqayisədə 408,9 milyon manat və ya 9,1% artaraq ümumi dövlət satınalmalarının 45,4%-ni təşkil edib.


Bir mənbədən həyata keçirilən satınalmaların həcmi isə 5,887 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 552,8 milyon manat və ya 10,4% çoxdur.


Hesabat dövründə müsabiqə metodu ilə həyata keçirilən satınalmalar üzrə dövlət vəsaitlərinə qənaət də artıb. 2024-cü ildə 704,8 milyon manat olan qənaət 2025-ci ildə 1,068 milyard manata yüksəlib. Beləliklə, qənaət məbləği illik müqayisədə 363,8 milyon manat və ya 51,6% artıb.


Qənaətin əsas hissəsi açıq tenderlər hesabına formalaşıb. Açıq tenderlər üzrə qənaət 2025-ci ildə 1,033 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 373,5 milyon manat və ya 56,6% çoxdur.

Kotirovka sorğusu üsulu ilə əldə olunan qənaət isə 34,7 milyon manat olub.


2025-ci ildə ümumilikdə 9 965 müsabiqə əsaslı dövlət satınalması keçirilib. Onlardan 4 191-i açıq tender, 5 774-ü isə kotirovka sorğusu yolu ilə həyata keçirilib.

Açıq tenderlərin məbləği 4,796 milyard manat, kotirovka sorğularının məbləği isə 101,1 milyon manat təşkil edib.


Satınalmalar üzrə orta iştirakçı sayı da artıb. Belə ki, 2024-cü ildə orta hesabla 3,4 iştirakçı qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 3,5-ə yüksəlib.


Hesabatda qeyd olunur ki, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 51,2%-dən çox olub.


Eyni zamanda, satınalma prosedurları ilə bağlı təchizatçılardan dövlət qurumuna 1 730 müraciət daxil olub. Onlardan 298 halda pozuntu aşkar edilərək satınalma prosedurları ləğv edilib, 807 müraciət üzrə qanunvericiliyə uyğun izahat və tövsiyələr verilib, bir sıra müraciətlər üzrə araşdırmalar davam etdirilir.


Hesabata görə, 2025-ci ildə ləğv edilmiş müsabiqələrin həcmi 441,2 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 131 milyon manat və ya 22,9% azdır. Ləğv edilən müsabiqələrin sayı isə 2259-dan 1360-a düşərək 39,8% azalıb.


2025-ci il ərzində dövlət satınalmaları sahəsində rəqəmsallaşma istiqamətində də bir sıra layihələr həyata keçirilib. Elektron müqavilələrin tətbiqi təmin olunub, müxtəlif dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya aparılıb və satınalma proseslərində süni intellekt əsaslı tövsiyə sistemlərinin tətbiqi istiqamətində işlər görülüb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol