• $
  • £

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
16.03.2026 11:50

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günü elan edilən 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dan verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə bütün hərəkət vasitələrinə müntəzəm texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatını qarşılamaq və daşımaların fasiləsizliyini təmin etmək üçün bir sıra istiqamətlərə əlavə reyslər təyin edilib.

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20–30 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı–Qazax–Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.

Sərnişinlər bayram günlərində Bakıdan Ağstafa və Qazaxa, həmçinin əks istiqamətə gündəlik Bakı–Qazax–Bakı reysləri ilə də səfər edə bilərlər. Qeyd edək ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə biletlərə 10 faiz endirim tətbiq olunur.

Bundan başqa, sərnişinlərin bayram günlərində Qarabağa rahat səfərlərinin təşkili üçün 23 və 25 martda Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Bu istiqamətdə 21 və 28 martda ənənəvi reyslər də həyata keçiriləcək. Qatarlar saat 07:10-da Bakıdan, 18:10-da Ağdamdan hərəkət edəcək.

20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək. Qatarlar saat 07:15-də Gəncədən, 08:40-da Mingəçevirdən yola düşəcək. Gəncə–Qəbələ–Gəncə xətti ilə səfərlər isə ənənəvi qrafik əsasında həyata keçiriləcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatdan asılı olaraq 18, 19, 20, 27 və 29 mart tarixlərində Bakı–Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulub.

20–30 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşda 5 minə yaxın abonentin qazı kəsiləcək
Cəmiyyət 15:54
Sabah Ağdaşda 5 minə yaxın abonentin qazı kəsiləcək
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb edilir
Cəmiyyət 15:47
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb edilir
Azərbaycan ilin əvvəlindən yumurta ixrac etməyib, göndərişlər apreldən bərpa oluna bilər
Cəmiyyət 15:37
Azərbaycan ilin əvvəlindən yumurta ixrac etməyib, göndərişlər apreldən bərpa oluna bilər
Rusiyada Telegram-la bağlı minlərlə şikayət qeydə alınıb, bloklanma iddiaları səslənir
Cəmiyyət 15:00
Rusiyada Telegram-la bağlı minlərlə şikayət qeydə alınıb, bloklanma iddiaları səslənir
Həftəsonu baş verən yol qəzalarında 3 piyada ölüb
Cəmiyyət 14:25
Həftəsonu baş verən yol qəzalarında 3 piyada ölüb
Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il, Azad Məmmədli 12 il həbs cəzası aldı
Cəmiyyət 13:47
Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il, Azad Məmmədli 12 il həbs cəzası aldı
Azərbaycanda qrant əməliyyatlarına görə cərimələr artırılacaq
Cəmiyyət 13:06
Azərbaycanda qrant əməliyyatlarına görə cərimələr artırılacaq
Sabah bəzi bölgələrdə yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:51
Sabah bəzi bölgələrdə yağış yağacaq - Proqnoz
Prezident “Möminə xatun”un bərpası üçün 9,5 milyon ayırdı
Cəmiyyət 12:43
Prezident “Möminə xatun”un bərpası üçün 9,5 milyon ayırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol