Həftəsonu baş verən yol qəzalarında 3 piyada ölüb
Azərbaycanda həftəsonu baş verən yol-nəqliyyat hadisələri nəticəsində 3 piyada ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Məlumata görə, qeydə alınan piyadavurma hadisələrinin əksəriyyəti yaşayış məntəqələrində və sutkanın qaranlıq vaxtında baş verib. Yol polisi bildirib ki, piyadaların bir qisminin yolu müəyyən olunmamış yerlərdən keçməsi, qulaqlıqdan istifadə etməsi və diqqəti yayındıran fəaliyyətlərlə məşğul olması bu cür hadisələrin əsas səbəblərindəndir.
Qurum qeyd edib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olan piyadaların ən sadə təhlükəsizlik qaydalarına əməl etməməsi yollarında baş verən faciələrin əsas səbəblərindən biridir.
Baş Dövlət Yol Polisi İdarəsi piyadaları yolu yalnız müəyyən edilmiş keçidlərdən və diqqətli şəkildə keçməyə çağırıb.
Aytac