Hacıyev: Azıx mağarasında beynəlxalq arxeoloji tədqiqatlar aparılır
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azıx mağarası ilə bağlı sosial şəbəkədə paylaşım edib.
O, X hesabında bildirib ki, Azıx mağarası Qafqaz və ümumilikdə Avrasiya məkanında ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur.
Hacıyevin sözlərinə görə, hazırda mağarada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir.
Onun qeyd etdiyi kimi, aparılan araşdırmalar Neandertallar və Homo sapiens insanların fəaliyyəti, eləcə də onların bölgədə birgə mövcudluğu və ya paralel məskunlaşması ehtimalı ilə bağlı mühüm elmi nəticələr ortaya qoya bilər.