Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşınmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.Bu barədə Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Bildirilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.
Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.
Son xəbərlər
Daha çox