Deputat: uşaq hüquqları qanununda bəzi maddələr ailə dəyərlərinə zərər verə bilər
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Uşaq hüquqları haqqında qanuna təklif edilən dəyişiklik layihəsinin 3-cü maddəsinin ailə dəyərlərinə təsirindən narahatlıq ifadə edib.
Deputat bildirib ki, 525-1 maddəsində nəzərdə tutulan konsepsiya uzun illər ərzində formalaşmış valideyn-övlad münasibətlərinə və yerli ailə dəyərlərinə zərbə vura bilər.
Məhərrəmov qeyd edib ki, psixi və əxlaqi problemləri olan valideynlər istisna olmaqla, heç bir valideyn övladına zərər vermək istəmir və uşaqlar valideynlərinə görə əvəzsizdir. O vurğulayıb ki, bəzi beynəlxalq standartlar ailənin funksiyasını məhdudlaşdıraraq uşaqları valideyndən ayrı saxlamağa yönəlir və bu, cəmiyyət üçün yad və süni bir modeldir.
Deputat əlavə edib ki, uşağa cismani cəza və zorakılıq yolverilməzdir, lakin qanunda oturuşmuş ailə dəyərlərinin pozulmasına səbəb olmamalıdır. Məhərrəmov dəyişikliklərin yerli ailə sisteminə təsirini diqqətlə nəzərdən keçirməyin vacib olduğunu bildirib.
Gülnar Nazimqızı