VI Felipe Madriddə Zelenskini qəbul edib
İspaniya Kralı VI Felipe Madridin Sarsuela Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.Bu barədə Ukrayna lideri "Telegram" kanalında paylaşım edib.
Zelenski İspaniyanın Ukraynaya dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
“Rusiya təcavüzü davam etdiyi müddətdə göstərilən dəyişməz dəstəyə görə təşəkkür edirik”, – deyə o qeyd edib.
Ukrayna prezidentinin ofisinin məlumatına görə, tərəflər müharibə fonunda ədalətli sülhə nail olunması istiqamətində diplomatik səyləri müzakirə ediblər.
Zelenski bildirib ki, Ukrayna münaqişənin tezliklə başa çatması üçün mümkün olan bütün addımları atır.