Nəqliyyat və anbar xidmətləri yanvar-fevralda 2,6% artıb
2026-cı ilin yanvar-fevralında Azərbaycanın nəqliyyat və anbar təsərrüfatı sektorunda 2,267 milyard manatlıq xidmət göstərilib, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6% artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Yüklərin həcmi 36,3 milyon ton olub, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azalıb, sərnişin daşımalarının həcmi isə 331,9 milyon nəfər təşkil edib ki, bu da 7,5% artım deməkdir.
Daşınan yüklərin 60,3%-i avtomobil, 29,3%-i boru kəməri, 6,8%-i dəmir yolu, 3,5%-i dəniz, 0,1%-i hava nəqliyyatı vasitəsilə həyata keçirilib. Sərnişin daşımalarında isə 88,7% avtomobil, 10,6% metro, qalan hissəsi digər nəqliyyat növləri ilə daşınıb.
Aytac Zeynalova