Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı
Unibank biznes müştəriləri üçün yeni Visa Platinum Business kartını təqdim edir.
Sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat idarə etməklə yanaşı, səyahət, sağlamlıq və biznes xidmətləri üzrə əlavə üstünlüklər təqdim edir.
Kart vasitəsilə həm ölkədaxili, həm də xaricdə ödənişlər etmək, onlayn alış-veriş həyata keçirmək və biznes xərclərini daha rahat idarə etmək mümkündür. Bununla yanaşı, kart sahibləri bir sıra xüsusi xidmətlərdən də yararlana bilirlər.
Visa Platinum Business kartının üstünlükləri:
• Peşəkar mühasibatlıq məsləhətləri
Kart sahibləri vergi, e-qaimə və digər maliyyə məsələləri üzrə peşəkar konsultasiya ala bilirlər.
• Biznes-loung-lara giriş
Visa Platinum Business kartı ilə dünyanın müxtəlif ölkələrində biznes-loung-lara giriş əldə etmək mümkündür.
• Səyahət rahatlığı
Hava limanına transfer və səyahət sığortası kimi əlavə xidmətlər təqdim olunur.
• Xüsusi endirimlər
Restoran, otel və mağazalarda müxtəlif endirim və təkliflər mövcuddur.
• Visa Business Consyerj 24/7
Kart sahibləri üçün günün 24 saatı fəaliyyət göstərən şəxsi dəstək xidməti təqdim olunur.
Əlavə olaraq, Unibank Bznes kart sahibləri aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
• Biznes xərclərinin şəffaf idarə olunması və nəzarəti
• Xarici ödənişlərdə rahat və sürətli əməliyyatlar
• Şirkət xərclərinin hesabatlılığının artırılması.
Bu imkanlar sahibkarlara maliyyə intizamını gücləndirməyə və əməliyyatları daha effektiv idarə etməyə kömək edəcək. Unibank Visa Platinum Business kartı sahibkarlara yalnız ödəniş aləti deyil, həm də biznes fəaliyyətini daha effektiv, rahat və çevik idarə etməyə imkan verən premium həll təqdim edir.
Unibank- Sənin Bankın!