İki ayda ölkədə istehsal olunan minik avtomobillərin sayında artım olub
2026-cı ilin yanvar-fevralında Azərbaycanda maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşqu istehsalı sahəsində 70,8 milyon manatlıq məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Avtomobil, qoşqu və yarımqoşqu istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb, maşın və avadanlıqların istehsalı isə 20 faiz azalıb.
Eyni dövrdə ölkədə 716 ədəd minik avtomobili istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 249 ədəd çoxdur.
Gülnar Nazimqızı