KİV: İran ABŞ-nin "F-35" qırıcısını vurub
İranın ABŞ-a məxsus 5-ci nəsil F-35 qırıcı təyyarəsini vurduğu iddia olunur.Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zərər görüb və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib, pilot sağ qalıb.
Telekanalın məlumatına görə, bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran atəşi ilə vurulduğu ilk təsdiqlənmiş haldır.